Şrift:
Səddam Hüseynin məzarı dağıdıldı
17.03.2015 [10:09] - Gündəm, Hadisə
İraqın mərhum Prezidenti Səddam Hüseynin məzarı dağıdılıb.

RİA Novosti-nin verdiyi məlumata görə, məzar Tikrit şəhəri yaxınlığında "İslam dövləti" (İD) terror qruplaşmasının silahlıları və İraq ordusu arasında baş vermiş döyüşlər zamanı dağıdılıb.

İD Tikrit şəhərini 2014-cü il iyunun 11-də ələ keçirmişdi. Şiə hərbi bölmələrinin nümayəndəsi Yair Nuuma bəyan edib ki, məzar ərazisində xeyli sayda İD silahlıları cəmləşmişdi, onlar məzarı minalamışdılar.

Xatırladaq ki, S.Hüseyn 2006-cı il dekabrın 30-da edam edilib.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed