17.03.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidentinin milli və dini azlıqların işi üzrə köməkçisi Əli Yunisinin tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edən deputatların sayı 109 nəfərə çatıb.
Martın 14-də Əli Yunisinin tutduğu vəzifədən azad edilməsi tələbi ilə bağlı 21 deputatın prezident Həsən Ruhaniyə yazdığı məktub, martın 15-də İran parlamentində müzakirəyə çıxarılıb və onu imzalayan deputatların sayı 109 nəfərə çatıb.
109 deputatın İran prezidentinə yazdığı məktubunda bildirilir ki,Yunisinin “İran imperiyası” ilə bağlı son bəyanatı ölkənin beynəlxalq imicinə və milli mənafeyinə zərbə vurub: “Yunisinin bu kimi bəyanatları, islam inqilabı düşmənlərinin mediaya aşıladığı İranofobiya və islamofobiyanı qızışdırmaqdan başqa bir şey deyil. Yunisinin tənqidə dözümsüz xarakterini, onun xoşagəlməz mövqeyinə israrını, həmçinin İran rəsmilərinin istər ölkədə, istərsədə də xaricdə yürütdüyü siyasətin həssaslığını nəzərə alaraq sizdən istəyirik ki, onu tutduğu vəzifədən azad edəsiniz. Siz, məhz onu işdən azad etməklə bölgə ölkələri arasındakı münasibətlərdə böhrana səbəb olan belə bir mövqeyin davam etdirilməsinin qarşısını ala bilərsiniz”.
Əli Yunisi martın 8-də Tehranda keçirilən “İran kimliyi” adlı toplantıda çıxış edərək qədim İran imperiyasından danışaraq deyib ki, bütün Orta Şərq xalqları iranlıdır və onların hazırda yaşadığı ölkələr vaxtilə İran imperatorluğunun tərkib hissəsi olub.Yunisi həmçinin bütün Orta Şərq, Qafqaz və Orta Asiya ölkələrinin “İran İttifaqı” adlı bir siyasi qurumun ətrafında toplaşaraq birləşməsini tələb edib. Yunisi deyib: “Bu gün, İraq bizim tarixi sivilizasiya hövzəmizin bir hissəsi olaraq, həm də bizim kimliyimiz, mədəniyyətimiz və paytaxtımızdır”. Əli Yunisinin bu bəyanatı bölgədəki ərəb ölkələrinin ciddi narahatlığına səbəb olub. İraqın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Yunisinin bu çıxışına kəskin etiraz bildirib. Yunisinin bu çıxışı ölkə daxilində də bir sıra rəsmilərin, eləcə də bəzi hökumət qurumlarının etirazı ilə qarşılanıb.

Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |