Şrift:
Elman Rüstəmov banklara kreditlərlə bağlı tövsiyə verdi
18.03.2015 [10:03] - Gündəm, İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov banklara kreditlərin vaxtını uzatmağı və faiz dərəcələrini aşağı salmağı təklif edib.

E.Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zaman deyib: “Bir daha bu tribunadan istifadə edib banklara müraciət edirəm ki, bu prosesi həyata keçirsinlər. Biz bu prosesi çox ciddi diqqət mərkəzində saxlayacağıq”.

O, əlavə edib ki, banklara bir sıra yardımlar göstərilir, onlara manat vəsaitləri verilir.

Mərkəzi Bankın sədri ölkədə fəaliyyət göstərən banklara valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyə edib.
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed