Şrift:
Təbriz Şəhər Şurasının sözcüsü: -Metro ilə bağlı heç bir söz vermirəm
18.03.2015 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Şəhər Şurasının keçirdiyi mətbuat konfransında bu şəhərin bir neçə probleminə toxunulub.
Şəhər Şurasının sözcüsü qarşıdakı ildə bu şəhərin metrosunun vəziyyəti ilə bağlı yeni açıqlama verib.
Səid Hacızadə deyib:
“Təəssüflə mən Metro Təşkilatının müdir-amilinə etimad edib və (Hicri-şəmsi təqvimi ilə) 1393-cü ildə metronun işə düşəcəyi barədə vəd verdim. Lakin bu həyata keçmədi və ona görə də metro barəsində heç bir vəd vermirəm.”
Şəhər Şurasının sözcüsü qarşıdakı ildə metronin şəhərin mərkəzinə qədər hazırlana biləcəyini bildirsə də, sonra bu sözün Şuranın sözü deyil, Bələdiyyənin vədi olduğunu vurğulayıb. O əlavə edib ki, Şura istənilən halda bu məsələnin üzərində duracaq.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed