18.03.2015 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid martın 16-da Cenevrədə jurnalistlərə müsahibəsində İranda insan hüquqları ilə bağlı vəziyyətin acınacaqlı durumundan danışıb.
Əhməd Şəhid deyib ki, İranda insan hüquqlarının kobud şəkildə pozulması halları prezident Ruhaninin hökumətində daha şiddətlənib: “İranda insan hüquqları ilə bağlı vəziyyət, Həsən Ruhani dövründə əvvəlkindən daha pisləşib. Lakin Qərblə nüvə razılaşmasının əldə olunmasından sonra Tehranın bu barədəki durumun yaxşılaşdırılması istiqamətində müəyyən addımlar ata biləcəyi də ehtimal olunur.
Cari ilin əvvəlindən bu yana, İranda 200 nəfərdən çox məhbus edam edilib. Ötən ildə isə bu ölkədə müxtəlif ittihamlara görə ən azı 753 nəfərin edam edildiyi təsdiq edilib. Bu gün İran cəmiyyəti, nüvə məsələsinin ölkədəki insan hüquqları ilə bağlı mübahisələrə kölgə sala biləcəyindən nigarandır.
Təəssüflər olsun ki, İranda edamların sayının artması, eləcə də qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların və hüquq müdafiəçilərinin fəaliyyətini məhdudlaşdıran qanunların mövcudluğu onu göstərir ki, bu ölkədə insan hüquqları ilə bağlı vəziyyət, prezident Həsən Ruhaninin hökumətində daha da pisləşib”.

Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |