18.03.2015 [13:48] - Gündəm, Diaspor
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Qəbələdə yerləşən FHN-nin Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsində görüş keçirilmişdir. Tədbir 20 Yanvar və Qarabağ Müharibəsi veteranı, prezident təqaüdçüsü Çeçenistanın Milli qəhrəmanı Arif Məhərrəmovla əsgərlərin görüşünə həsr olunmuşdur. Tədbiri giriş sözü ilə Hərbi Hissənin komandiri, polkovnik Şəmsəddin Əmrahov açaraq hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müharibə veteranları ilə mütəmadi görüşlərin keçirilməsini əhəmiyyətindən danışmışdır. Daha sonra BDM-nin aparat rəhbəri Samir Adıgözəlli çıxış edərək Arif Məhərrəmovun keçdiyi döyüş yolundan, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində hərbi hissələrdə əsgər və zabitlərlə daimi görüşlərindən danışmışdır. O, çıxışında bildirmişdir ki, Arif Məhərrəmovun Vətən qarşısında göstərdiyi xidmətlərə görə onun Azərbaycan Respublikasının ən ali mükafatlarından birinin yaxın zamanlarda tərtib ediləcəyinə heç şübhəm yoxdur. Görüşdə AYB-nin üzvü professor Ənvər Əhməd, şairə Nəcibə İlkin və digərləri də öz çıxışlarından Arif Məhərrəmovun 20 Yanvar hadisələri zamanı və Qarabağ, Çeçenistan döyüşlərindəki qəhrəmanlıqlarından söz açmışlar. Əsgərlərlə görüşdə Arif Məhərrəmov da çıxış etmişdir. O, da öz növbəsində hal-hazırkı fiziki vəziyyətinə baxmayaraq torpaqlarımızın azadlığı uğrunda savaşın başladığı zaman yenə də cəbhəyə yollanacağını bildirdi. Görüşün keçirilməsinə yaratdığı şəraitə görə FHN-nin rəhbərliyinə və Hərbi Hissənin komandirliyinə BDM-nin aparat rəhbəri Samir Adigözəlli təşəkkürünü bildirdi. Görüşün sonunda Arif Məhərrəmova həsr olunmuş “Güllələrin yazdığı avtoqraf” sənədli filmi nümayiş etdirilmiş və Aşıq Ədalət əsgərlər qarşısında bədii proqramla çıxış etmişdir.
BDM mətbuat xidməti
BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |