Şrift:
İranda axır çərşənbə mərasimi ilə bağlı olaylarda 2 nəfər ölüb, 392 nəfər yaralanıb
19.03.2015 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 17-də İranın müxtəlif şəhərlərində keçirilən axır çərşənbə mərasimi ilə bağlı olaylarda ən azı 2 nəfər ölüb, 392 nəfər isə ağır yaralanıb.
İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi martın 18-də jurnalistlərə açıqlamasında axır çərşənbə mərasimində baş verən bir sıra xoşagəlməz hadisələrdən danışıb. Muctaba Xalidi deyib ki, bəzi vətəndaşların qeyri-standart partyayıcı maddələrdən istifadəyə üstünlük verməsi nəticəsində, mərasimlə əlaqədar baş verən olaylarda bir uşaq və bir yeniyetmə həlak olub, 392 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib.

Yaralananlardan bəzilərinin səhhətinin ağır olduğunu vurğulayan Muctaba Xalidi, axır çərşənbə mərasimi ilə bağlı xoşagəlməz olayların daha çox paytaxt Tehranda baş verdiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed