Şrift:
Fərəc Quliyev xalqımızı və bütün Türk millətini təbrik etdi
20.03.2015 [01:55] - Xəbərlər, Türk dünyası-Turan, Fərəc Quliyev
Millət vəkili Fərəc Quliyev sədrlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyası adından Novruz Bayramı münasibətiylə xalqımıza və bütün Türklərə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:
“Böyük millətim!
Səmavi kitablarda kainatın 4 ünsürdən- su, od, hava və torpaqdan yaranması barədə bilgilər var. Lakin bütün bu kitablardan və dinlərdən əvvəl Türk millətinin, o cümlədən xalqımızın bu dörd ünsürlə simvolizə olunan dörd bayramı qeyd etməsi və ardından yeni gün mənasını verən Ergenekon, yəni Novruz Bayramını qeyd etməsi bu millətin İlahi mədəniyyətinin göstəricisidir. Tək Novruz bayramı və onun bütöv mifoloji semantikasında olan ardıcıllıqları, ən-ənələri, dəyərləri, xalq meydan tamaşaları və rituallardan tutmuş, ayrı-ayrı mövsüm və kulinar atributlarına qədər olan bütün mifik görüşlərin simvolizasını bir tam şəkildə götürmək bəs edir ki, Türklər Bəşəriyyətin ən zəngin və köklü mədəniyyətə sahib millətidir deyə bilək.
Bu böyük mədəniyyətin daşıyıcısı olmağımızdan dolayı, yaşadığımız coğrafiyadan asılı olmayaraq hər birinizi Novruz Bayramı münasibətiylə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası adından təbrik edir, Novruzun fəlsəfi mahiyyəti üzrə həm ailəmizdə, həm cəmiyyətimizdə, həm də dünyamızda ədalətə və firavanlığa sahib olmağı arzulayıram!


Sayğılarla MDHP sədri,
millət vəkili Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed