Şrift:
İran polisi Əhvazda qan tökdü! (video)
20.03.2015 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiymiz kimi, Əhvazda bu şəhərin “Fulad” komandası ilə Səudiyyə Ərəbistanının “Əlhilal” takımı arasında Asiya çempionlar liqası çərçivəsində müsabiqə keçirildi.
Martın 17-də (isfəndin 26-da) keçirilən müabiqədən sonra İran rejiminin təhlükəsizlik qüvvələri onlarla ərəb gəncini yaxalayıb və naməlum istiqamətə aparıb. Tutulanların çoxu yerli ərəb geyimində olub.

Lakin ərəb gənclərinə təzyiq bununla bitməyib. Son məlumata görə, futbol tamaşaçıları ilə polis qüvvələrinin arasında yaranan toqquşmada bir yeniyetmə həlak olub. Yasir Əlşəibavi polis gülləsinə tuş gələrək dünyasını dəyişib.

Ərəb yeniyetməsi tibbi yardım və ambulans çatmadan hadisə yerində can verib.

Futbol müsabiqəsindən sonra baş verən hadisələrə məşhur ərəb fəalı Yusif Əzizi Bənitorof da reaksiya verib. O bu barədə Facebook səhifəsində yazıb:

“Bu məsələ digər ərəblərin milli hissiyatına toxunub və onların milli kimlik uğrunda şüarlar səsləndirməsinə səbəb olub. Bundan sonra yerli əhali ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub, nəticədə bir təhlükəsizlik məmuru yaralanıb və polisə məxsus bir maşın yandırılıb.

Təhlükəsizlik qüvvələri evlərinə gedən futbol tamaşaçılarını motosikletlərlə izləyiblər. Bu zorakılıq ərəb gənclərini qorxutmağa çalışıb, hansıki stadionlar vasitəsi ilə milli tələblərini dilə gətirirlər."

Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed