20.03.2015 [13:44] - Gündəm, Hadisə
“Cari 11 illik Günəş fəallığı tsiklinin ən güclü geomaqnit qasırğalarından birinə səbəb olan “gündüz ulduzu”nun kaprizi - 17 martda başlayan geomaqnit qasırğası hələ də davam edir”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, 20 mart tarixində maksimumu 9 olan şkala üzrə geomaqnit Kp indeksi hələ də 5 qiymətindədir: “17 martda isə bu rəqəm 8-ə çatmışdı. Lakin fəallıq artıq aşağı düşəcək və sabahdan etibarən tədricən öz əvvəlki - nisbətən sakit vəziyyətinə qayıdacaq. Əvvəlki xəbərlərimizdə qeyd etdiyimiz kimi, artıq texnoloji sistemlərə olan təsirlər barədə də məlumatlar yayılır. 10 MHz tezliyində işləyən radio tezliklərdə olan problemlər barədə operatorlar Yeni Zelandiyadan xəbər verir. Geomaqnit qasırğasının nəticəsi olan əsrarəngiz təbiət hadisəsi – qütb parıltısı (Avrora Borealis) hətta ABŞ-ın aşağı coğrafi en dairələrində, Kanzas şəhərində belə müşahidə olunub. Bu hadisə nadir hallarda baş verir və adətən yuxarı en dairələrində daha çox müşahidə edilir”.
E. Babayevin sözlərinə görə, son günlər bir çox insanlarda ürək döyüntülərinin artması, impulsiv baş ağrıları, halsızlıq kimi əlamətlər artıb: “Ürək-qan-damar xəstəliyinə düçar olmuş insanlar isə daha çox təsirə məruz qalıblar. Nəzərə almaq lazımdır ki, meteoroloji şəraitin kəskin dəyişmələri də kosmik hava ilə yanaşı, öz mənfi effektlərini nümayiş etdirib. Yəni, bu günlərdə kosmik və “yerüstü” havalar unison olaraq mənfi təsir göstərib”.
E. Babayev bu gün tam Günəş tutulmasının da baş verəcəyini xatırladıb: “Lakin tutqun hava şəraiti Bakıda qismən tutulmanı görməyə imkan vermir. Bu gün həm də Ay növbəti dəfə təzələnir. Martın 20-dən 21-nə keçən gecə isə təqribən 02:45-də yaz gecə-gündüz bərabərliyi nöqtəsindən Günəşin “keçməsi” ilə yurdumuza Bahar qədəm qoyacaq.
Onu da əlavə edim ki, Günəş cari 24-cü 11 illik fəallıq tsiklinin ikinci maksimumunu 2014-cü ilin əvvəlində keçib və fəallıq tədricən düşməkdədir. Adətən, fəallığın enmə mərhələsində geomaqnit qasırğaları daha intensiv və güclü olur”.

Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |