Şrift:
Daryuş Əndəlibiyan azadlığa buraxılıb
20.03.2015 [13:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Daryuş Əndəlibiyan 5 ay həbsdə qaldıqdan sonra şərti olaraq azadlığa buraxılıb.
O martın 18-də (isfəndin 27-də) Mahabad zindanından sərbəst buraxılıb.

Azərbaycanlı fəal 2014-cü il oktyabrın 19-da (1393-cü il mehrin 27-də) məhkəmə tərəfindən təyin olunmuş 9 aylıq həbs cəzasını çəkmək üçün zindana salınmışdır.

D.Əndəlibiyan daha bir neçə fəal Həbib Mənafi Azər, Cavad Sudbər, Muxtar İbrahimi və Yusif Muxtari ilə birlikdə 2013-cü il dekabrın 12-i (1392-ci il azərin 21-də)- Milli Hökumətin qurulmasının ildönümü günündə polis qüvvələri tərəfindən yaxalanmışdır. Fəallar Milli Hökumətin uğrunda şəhid olan Xanəli Mütiinin məzarı üstündə Qoşaçayın Gəcəli kəndində mərasim keçirərkən tutulmuşdur.

Tutulan fəallardan D.Əndəlibiyan 9 ay və digər fəallar 3 ay 1 gün həbs cəzasına məhkum edilib.
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed