20.03.2015 [16:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda ruhanilərə məxsus məhkəmə, martın 18-də bəyanat yayaraq ölkə prezidentinin milli və dini azlıqlar üzrə köməkçisi Əli Yunisinin həmin məhkəməyə çağırılaraq dindirilməsi və ona ittihamlar irəli sürülməsi ilə bağlı məlumatları təsdiqləyib.
Tehran ruhanilərin işi üzrə prokuror, Məhəmməd Müvəhhid jurnalistlərə açıqlamasında deyib ki, Əli Yunisinin iki həftə əvvəl Tehranda keçirilən “İran kimliyi” adlı tədbirdə etdiyi çıxışı və orada səsləndirdiyi fikirlər ölkənin milli mənafeyinə qarşı bəyanatlardır: “Əli Yunisi, ölkənin milli təhlükəsizliyinə qarşı bəyanatlar səsləndirməkdə ittiham olunur. O, ruhanilərə məxsus məhkəməyə çağırılaraq dindirilib. Lakin onun işi hələlik məhkəməyə göndərilməyib və iş müəyyən prosesdən sonra məhkəməyə təqdim ediləcək. Məsələ ilə bağlı araşdırmalar aparılır”.
Əli Yunisi martın 8-də Tehranda keçirilən “İran kimliyi” adlı toplantıda çıxış edərək qədim İran imperiyasından danıb və deyib ki, bütün Orta Şərq xalqları iranlıdır və onların yaşadığı ölkələr vaxtilə İran imperatorluğunun tərkib hissəsi olub.Yunisi həmçinin bütün Orta Şərq, Qafqaz və Orta Asiya ölkələrinin “İran İttifaqı” adlı bir siyasi qurumun ətrafında toplaşaraq birləşməsini tələb edib. Yunisi deyib: “Bu gün, İraq bizim tarixi sivilizasiya hövzəmizin bir hissəsi olaraq, həm də bizim kimliyimiz, mədəniyyətimiz və paytaxtımızdır”. Əli Yunisinin bu bəyanatı bölgədəki ərəb ölkələrinin ciddi narahatlığına səbəb olub. İraqın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Yunisinin bu çıxışına kəskin etiraz bildirib. Yunisinin bu çıxışı ölkə daxilində də bir sıra rəsmilərin, eləcə də bəzi hökumət qurumlarının etirazı ilə qarşılanıb.
Martın 15-də İran parlamentinin 109 deputatı prezident Həsən Ruhaniyə birgə məktub yazaraq Əli Yunisini tutduğu vəzifədən azad etməsini tələb edib. Məktubda deyilir ki, Yunisinin bu bəyanatı ölkənin beynəlxalq imicinə və milli mənafeyinə zərbə vurub.

Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |