Şrift:
AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin tarixi açıqlanıb
09.01.2012 [15:15] - Gündəm
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex (Malta) və Pedro Aqramunt (İspaniya) yanvarın sonu, fevralın əvvəllərində Azərbaycana səfər edəcəklər.

Bu barədə həmməruzəçi Jozef Debono Qrex məlumat verib.

“Biz 30 yanvar – 1 fevral tarixlərində Azərbaycana gəlməyi planlaşdırırıq. Amma dəqiq tarix hələ müəyyənləşməyib, səfərin tarixini həmkarımla dəqiqləşdirməliyəm. Səfər proqramı da hələlik hazırlıq mərhələsindədir”.

Qeyd edək ki, AŞPA həmməruzəçiıəri Azərbaycana sonuncu dəfə ötən ilin fevralında səfər ediblər. Onlar Azərbaycan prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, milli təhlükəsizlik naziri, MSK sədri, ombusdman və siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçiriblər.
Bu xəbər oxucular tərəfindən 1024 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed