21.03.2015 [11:13] - Güney Azərbaycan xəbərləri, İdman
Martın 18-də (isfəndin 27-də) Tehranın azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında keçirilən voleybol müsabiqədə “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin hücumuna məruz qaldı, onlardan bir neçəsi tutuldu və onlarla soydaşımız döyülərək xəsarət aldı. Həmin hadisədə “Şəhrdari” komandasının iki oyunçusunun paltarı cırıldı, hətta Urmiyənin Bələdiyyə başqanı Həzrətpurun da döyüldüyü bildirildi.
Polis qüvvələrinin azərbaycanlı tamaşaçılara qarşı hücumuna heç bir səbəb olmadığını artıq məsul şəxslər də bildirir. Bu səbəbdən sözü gedən hadisə ciddi etirazlara yol açıb.
Məlumata görə, Qərbi Azərbaycan Vilayətinin (ostan) voleybol heyətinin rəisi öz vəzifəsindən istefa verib. Kərim Fruzan Voleybol Federasiyasının rəisi Davərzəninin müsahibəsindən sonra, həmçinin Şəhrdari komandasının tərəfdarlarına olan hörmətsizliyə görə istefa verib.
Bu arada “Şəhrdari” klubunun müdir-amili də voleybol tərəfdarlarını dəstəkləmək məqsədi ilə öz fəaliyyətini dayandırıb. Əhəd Yusifi bildirib ki, Daxili İşlər Nazirliyi və İdman və Gənclər Nazirliyi bu işi araşdırmalıdır. Bu araşdırmadan sonra yəqin ki, nəticə üzə çıxacaq və onun fəaliyyəti həmin nəticəyə qədər təxirə salınır.

Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |