09.01.2012 [15:51] - Xəbərlər
Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün bu ayın sonunda keçirilməsi planlaşdırılır.
APA-nın Ermənistanın “News.am” saytına istinadən verdiyi məlumata görə, bu görüşün Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Soçidə baş tutacağı gözlənilir. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.
Xatırladaq ki, Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dövlət başçıları arasında sonuncu görüş ötən ilin iyununda Kazanda baş tutub. O zaman bu görüşdən gözləntilər böyük olsa da, görüş heç bir sənəd imzalanmadan başa çatıb.

Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |