Şrift:
Tehranda azərbaycanlılara qarşı polisin amansız hücumundan VİDEOREPORTAJLAR
23.03.2015 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, martın 18-də (isfəndin 27-də) Tehranın azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında keçirilən voleybol müsabiqəsində “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qalıb. Polisin bu vəhşiliyi Güney Azərbaycan mətbuatına və ölkə gündəminə bomba kimi düşdü və bütün azərbaycanlılarla yanaşı yerli məsulların da kəskin etirazına səbəb oldu. Bu xəbər beynəlxalq mətbuatın da diqqətini çəkdi.
Şahidlər bildirir ki, azərbaycanlı voleybol tamaşaçıları dinc şəkildə milli və demokratik hüquqların tələbi ilə bağlı şüar səsləbdirməkdən başqa heç bir qanunsuz hərəkət etməyiblər. Tamaşaçıların polis tərəfindən vəhşicəsinə döyülüb və yaralanmasının səbəbi hələ də bəlli deyil, lakin yerli azərbaycanlı məsullar bu məsələnin araşdırılıcağına söz veriblər.

Davam.az GünAZ Tv-nin yayımladığı polisin vəhşi hücumunu göstərən video tomlusununun təkrarını təqdim edir:


















Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed