Şrift:
MHP millət vəkili: -Yaşadığımız proseslər Türkiyəni bölüb-parçalamağa çalışan xainlərin iç üzünü bütünlüklə ortaya çıxardı.
23.03.2015 [11:48] - Gündəm, Türk dünyası-Turan
“Yaşadığımız proseslər Türkiyəni bölüb-parçalamağa çalışan xainlərin iç üzünü bütünlüklə ortaya çıxarmışdır. Türkiyəni parçalamağa müvəffəq olmayacaqlar”.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin 57-ci hökumətinin məskunlaşma və abadlaşdırma naziri olmuş, Milliyyətçi Hərəkat Partiyasının Trabzon millət vəkili Koray Aydın HDP həmsədri, millət vəkili Səlahəttin Dəmirtaşın “ermənilərdən üzr istəyib təzminat ödəməyi” tələb etməsi, digər deputat Səbahət Tuncelin isə bununla bağlı Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim etməsinə münasibət bildirərkən deyib.

K. Aydın bildirib ki, cərəyan edən proseslər xainlərin tanınmasına imkanı verib: “Əmin ola bilərsiniz ki, bu proseslər həm də onlarla hesablaşma mərhələsini təşkil edəcək”.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed