23.03.2015 [11:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İraqa səfər edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəisi Devid Petraeus martın 20-də “Vaşinqton post” qəzetinə müsahibəsində İranın bu ölkədəki rolundan və İŞİD-dən danışıb.
Devid Petraeus deyib ki, İraqda İran təmayüllü şiə yaraqlıları İŞİD-in qarşısında dursalar da, adi sünni vətəndaşlarına qarşı da bir sıra cinayətlər törədiblər: “Bu gün İraqda baş verənlər, İraq xalqına, bölgəyə və bütün dünyaya böyük bir faciədir. Hazırda islam dövləti kimi ortaya çıxan İŞİD qruplaşması, İraqın sabitliyi əleyhinə, geniş miqyasda götürəndə isə bölgədəki mövcud siyasi müvazinətə qarşı əsas təhdid sayılmır. İraqın sabitliyinə qarşı ən mühüm təhdid, əslində İranın dəstəklədiyi və bu ölkənin dini liderinin əmri ilə oturub duran və ona tabe olan şiə yaraqlılarıdır.
Əsas təhlükə isə odur ki, İranın himayə etdiyi həmin şiə yaraqlıları, belə gedərsə, uzun müddətdə mərkəzi Bağdad hökumətinin nəzarətindən çıxaraq hakim güc kimi ortaya çıxacaq, Tehranın göstərişlərini bu ölkədə həyata keçirəcəklər”.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |