23.03.2015 [11:59] - Gündəm, Sosial
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Novruz bayramı ilə bağlı reklam çarxı ölkənin Mərkəzi Seçki Komitəsi tərəfindən qadağan edilib. Bu barədə Türkiyənin Haber 7 telekanalı məlumat verir.
Məlumata əsasən reklamın qadağan olunmasının başlıca səbəbi reklam çarxında dini rəmzlərin və ölkə bayrağının reklam vasitəsi kimi istifadə edilməsidir.
Məlumatda o da qeyd olunur ki, reklam çarxından ölkə bayrağı və dini rəmzlər çıxarılacağı təqdirdə, çarxa olan qadağa aradan qaldırıla bilər.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl də Türkiyənin hakim partiyasının keçən il mart ayında keçirilən bələdiyyə seçkiləri zamanı da reklam çarxı qadağan edilmişdi. Qadağaya səbəb azan və türk bayrağının reklam vasitəsi kimi istifadə edilməsi idi.

Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |