24.03.2015 [00:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, son günlərdə Tehranın azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında keçirilən voleybol müsabiqəsində “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qaldı. Güney Azərbaycan mətbuatına və ölkə gündəminə bomba kimi düşən hadisə beynəlxalq medianın da diqqətini çəkib.
Məlumata görə, Dünya Voleybol saytı baş verən hadisəni utandırıcı adlandırıb. Saytda İran polisinin vəhşi hücumunu pisləyən raport bir neçə şəkillə birlikdə dərc olunub: “Acaba voleybolun buna ehtiyacı varmı? Savaş, qantökülmə və s. Bu səhnələr utandırıcıdır.”
İran polisinin amansız hücumu Türkiyə mətbuatında da öz əksini tapıb. Bir neçə saytda Tehran stadionunda urmiyəli voleybol tərəfdarlarına qarşı olan polis zorakığılının xəbəri geniş şəkildə yayılıb. “Türk yürdü haberler” və “İslami forum” saytı həmin xəbəri bir neçə şəkillər birlikdə dərc edib.
Qeyd edək ki, martın 18-də baş verən hadisədə soydaşlarımızdan bir neçəsi tutulub və onlarla insan döyülərək xəsarət alıb. Həmin hadisədə “Şəhrdari” komandasının iki oyunçusunun paltarı da cırıldı, hətta Urmiyənin Bələdiyyə başqanı Həzrətpurun da döyüldüyü bildirildi. Bu hadisədən sonra çoxlu etirazlar və istefalar qeydə alınıb.

Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |