Şrift:
Türkiyənin hakim partiyası avtoritarizm yolunda.
24.03.2015 [12:27] - Gündəm, Siyasət
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri ölkə hökuməti rəhbərinin müavini Bülənt Arınçın istefasını tələb ediblər. Bu barədə Türkiyənin Milliyet qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, istefa tələblərinin başlıca səbəbi Arıncın bu günlərdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bağlı verdiyi açıqlama olub.

Belə ki, Arınc bildirib ki, ölkə prezidenti tez-tez televiziya ekranlarına çıxmamalıdır. B.Arınc həmçinin açıqlamasında qeyd edib ki, Ərdoğan kürd probleminin həlli məsələsinin detalları haqqında yetərincə məlumatlı deyil.

Məlumatda o da qeyd olunub ki, hakim partiyanın millət vəkilləri Arıncı hazırda ABŞ-da olan və Türkiyə əleyhinə casusluqda ittiham olunan Fətullah Gülənlə əlaqəli olmaqda da ittiham ediblər.

Məlumat üçün qeyd edək ki, 1983-cü ildən ölkə siyasətində rol oynayan Arınc 2001-ci ildən hakim Ədalət və İnkişaf Partiyasında əsas simalardan birdir.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed