24.03.2015 [12:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri, Con Brennan martın 22-də “Fox news” televiziyasına müsahibəsində İranın nüvə fəaliyyətindən və onun mahiyyətindən danışıb.
Con Brennan deyib ki, əgər İran nüvə silahının istehsalına qərar versə və bu istiqamətdə fəaliyyətini gücləndirsə, çox ağır nəticələrlə üz-üzə qalmalı olacaq: “İranlılar yaxşı bilir ki, əgər nüvə silahının ardınca getsələr bunun nəticəsi onlar üçün çox ağır və gözlənilməz olacaq. Amerikanın İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün əlində müxtəlif imkanları var.
Tamamilə aydındır ki, biz İranın bu istiqamətdə irəliləməsinin qarşısını alacağıq. Elə buna görə də hesab edirəm ki, iranlılar yaxşı başa düşür ki, əgər bu istiqamətdə hərəkətə qərar versələr, özlərini təhlükə ilə üz-üzə qoyacaqlar. Bizim hazırda iranlıların dedikləri ilə əməldə etdiklərini tutuşdurub yoxlamaq üçün yaxşı fürsətimiz və proqramımız var”.
Con Brennan həmçinin bildirib ki, ABŞ-ın bölgədəki müttəfiqləri, o sıradan da Səudiyyə Ərəbistanı, Amerikaya regionda təhlükəsizliyin qorunub saxlanmasının qarantısı kimi baxırlar”.

Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |