Şrift:
Hollivudda “Əli və Nino” əsəri əsasında film çəkiləcək
09.01.2012 [17:21] - Mədəniyyət
Yaxın zamanlarda Hollivudda Məhəmməd Əsəd bəyin (Qurban Səid) müəllifi olduğu “Əli və Nino” əsəri ekranlaşdırılacaq.

APA-nın “Hollywood Reporter” nəşrinə istinadən verdiyi məlumata görə, Oskar mükafatı laureatı Kristofer Hempton Azərbaycan əsərinin teleekran versiyasının ssenarisini hazırlayacaq. Britaniyanın “PeaPie Films” şirkəti filmin çəkilişinə dair müəlliflik hüququ əldə edib və yaxın zamanlarda müvafiq işlərə start veriləcək.

Kristofer Hempton “Əli və Nino” əsərinin təsirindən uzun müddət çıxa bilmədiyini deyib: “Kitabı oxuduğum andan mən bu əsərin neçə gözəl ərsəyə gətirildiyinə valeh oldum və onun ilk dəfə dərc edildiyi vaxtda olduğu kimi indi də aktuallığını və əks-səda yaratmaq qabiliyyətini saxladığının şahidi oldum”.

Xatırladaq ki, Kristofer Hempton “Təhlükəli əlaqələr” (Dangerous Liaisons) əsərinin teleadaptasiyasına görə 1988-ci ildə Oskar mükafatına layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 1293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed