24.03.2015 [15:05] - Xəbərlər, Hərb
Son vaxtlar cəbhədə uğursuzluğa düçar olan və çoxsaylı itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri son sutka ərzində qoşunların təmas xəttində vəziyyəti daha da gərginləşdirmək məqsədilə 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan tərəfi cavab tədbirləri məqsədilə düşmən səngərlərindəki hədəflərə və atəş nöqtələrinə daha üstün və iri çaplı silahlardan zərbələr endirib.
Müdafiə Nazirliyi bildirir ki, düşmənin təxribatları davam edərsə, görüləcək adekvat tədbirlər daha sərt və genişmiqyaslı, onun verəcəyi itkilər isə erməni xalqının növbəti faciəsinə çevriləcəkdir.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir itki yoxdur. Bütün cəbhə boyu əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |