25.03.2015 [02:07] - Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Türkiyə üçün çox ciddi məsələlərdən biri olan kürd probleminin demokratik həlli məsələsinin bu il martın 21-də həllini tapacağı və PKK terror təşkilatının ölkəni tərk edəcəyi düşünülsə də, bu, belə olmadı.
PKK terror təşkilatı verdiyi açıqlamada sülh prosesinə ciddi yanaşdığını, lakin silahlardan imtina məsələsində hələ tələsmədiyini açıqladı.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada PKK-nın silahları buraxmayacağı təqdirdə sülh prosesinin uğursuz olacağını və silahların kölgəsində siyasətin mümkün olmayacağını açıqladı.
Kürd probleminin demokratik həllinin Türkiyə üçün həyati əhəmiyyətli olmasına baxmayaraq, danışıqların gərgin atmosferdə aparılması ölkədə keçiriləcək parlament seçkilərinə qədər bu məsələdə ciddi irəliləyişin olmayacağını ehtimal etməyə əsas verir.
Lakin nəzərə almaq lazındır ki, kürd probleminin demokratik həllinə əngəl sadəcə, PKK-nın silahları buraxmaq istəyində olmaması deyil, eyni zamanda, ölkə prezidenti ilə hökumət arasında yaranan fikir ayrılığıdır.
Belə ki, Ərdoğan son olaraq verdiyi açıqlamada, kürd probleminin həlli üçün hökumətin təşkil etdiyi 6 nəfərdən ibarət “izləmə heyəti” haqqında xəbəri olmadığını bildirərək, bu heyətin təsis ediləcəyi təqdirdə belə bunun səhv addım olduğunu açıqladı. Ərdoğanın bu açıqlamasına ən sərt etiraz Türkiyə hökumətinin ən ciddi fiqurlarından biri sayılan Bülənt Arınçdan gəldi.
Arınç ölkə prezidenti Ərdoğanın kürd probleminin demokratik həllinin müəllifi olmasını, baş verən bütün hadisələrdən xəbərdar olduğunu və bu məsələ ilə bağlı söylənilən açıqlamaların doğru olmadığını qeyd etdi.
Arınç ölkə prezidentinin televiziya qarşısına çıxaraq belə bir açıqlama verməsinin doğru olmadığını bildirərək, bundan sonra kürd probleminin demokratik həllinin prezidentin deyil, hökumətin işi olduğunu bildirdi. Tərəflər arasında baş verən ciddi fikir ayrılığı isə Türkiyədə hökumət və prezident arasında olan ilk siyasi parçalanma və hökumətin zəiflədilməsi üçün atılan addım kimi qiymətləndirildi.
Qeyd edək ki, Türkiyə müxalifəti prezident Ərdoğanın bu addımı ilə ölkənin bütün siyasi aparatlarını “iflic” edərək hakimiyyəti tam olaraq öz əlinə almaq məqsədi güddüyünü bildirdi.
Baş verənlərin məntiqi ardıcıllığı kimi hakim partiyanın (AKP) bəzi millət vəkilləri Arınçın istefasını tələb etməklə yanaşı, onu hazırda ABŞ-da olan və Türkiyə əleyhinə casusluqda ittiham edilən Fətullah Gülən ilə əməkdaşlıqda ittiham edirlər.
Diqqət çəkən məqamlardan biri isə bu vaxta qədər baş verənlərlə bağlı ölkənin baş nazirinin heç bir açıqlama verməməsidir.
Hökumət ilə prezident arasında yaranan ciddi fikir ayrılığının tez bir zamanda həll ediləcəyi inandırıcı görünmür. Yaranan problemin aradan qaldırılması üçün ilkin mərhələdə, Arıncın istefası ehtimallar arasındadır.
Hakim partiyanın daxili nizamnaməsinə əsasən, hakimiyyətdə üç dəfə təmsil edilən nazirlərin bu il parlament seçkilərində iştirak edə bilməyəcəkləri nəzərə alınsa, Arıncın ehtimal edilən istefasının Türkiyə hökumətinə ciddi təsir etməyəcəyini söyləmək olar.
Digər tərəfdən isə, bu il hakim partiyanın daxili nizamnaməsinə əsasən ölkə siyasətinin ciddi fiqurlarından hesab edilən Bəşir Atalay, Əli Babacan, Bəkir Bozdağ, Hüseyn Çəlik , Taner Yıldız və ümumilikdə hakim partiyadan 60-a yaxın millət vəkili parlament seçkilərində iştirak edə bilməyəcək.
Ölkənin baş naziri də bu nizamnaməyə sadiq qalacaqlarını açıqlayıb. Hadisələri izlədikdə bu il keçiriləcək parlament seçkilərində AKP-nin ciddi kadr boşluğu ilə üzləşəcəyini təxmin etmək olar. Təbii ki, Türkiyənin siyasi elitası bunu yaxşı bilir və bu boşluğu ölkənin parlament idarəçilik sistemindən prezident idarəçilik sisteminə keçməklə doldurmağa çalışacaq.
Görünən odur ki, bu il keçiriləcək parlament seçkilərində AKP-nin qalib gələcəyi təqdirdə ilk atılacaq addım ya parlamentdə səsvermə yolu ilə, ya da referendum yolu ilə ölkə konstitusiyasının dəyişdirilməsi məsələsi gündəmə gətiriləcək.
Rufiz Hafizoğlu - Trend:

Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |