10.01.2012 [10:55] - Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın heykəli oğurlanıb
“Nasrnews” xəbər saytının verdiyi məlumata görə, Təbrizin Ustad Şəhriyar bulvarının girəcəyində qoyulmuş heykəlin kim tərəfindən oğurlandığı məlum deyil. Oğurluq hadisəsinin gecə yarısı baş verdiyi ehtimal olunur. Hələlik Təbriz şəhərinin rəsmiləri faktla bağlı heç bir açıqlama verməyiblər və məsələ əhali üçün qaranlıq olaraq qalır.
Qeyd edək ki, analoji hadisə 2010-cu ilin yazında İranın paytaxtı Tehranda ardıcıl şəkildə baş verib. Həmin vaxt Səttarxan, Bağırxan, Ustad Moin, Şəhriyar, Şəriəti, Səni Xatəm və digərlərinin heykəlləri oğurlanıb. Həmin oğurluqların üstü hələ də açılmayıb.

Bu xəbər oxucular tərəfindən 1341 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |