25.03.2015 [12:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq "İnsan Haqlarını İzləmə" təşkilatı İraqda IŞİD bəhanəsi ilə İraq əsgərlərinin və İrandan gəlmə şiə milislərinin sünni tayfalara qarşı misli görünməmiş vəhşilik və zorakılıqlar etdiyini açıqlayıb.
Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın bir çox yerlərində nümayəndələri olan təşkilat İraqda baş verənləri lentə alaraq hesabat dərc edib.
Hesabatda bildirilir ki, İran və İraq Ordusu tərəfindən IŞİD bəhanəsi ilə sünni tayfaların nəzarətindəki bölgələrdə keçirilən əməliyyatlar faciəvi şəkil alıb.
Hesabata görə, İraq sünnilərinin yaşadığı Əmirli şəhərinin ətrafında, 32 kənd İrandan gəlmə qruplar tərəfindən məhv edilib. Kənd sakinləri isə yaşadıqları ərazilərdən qovulublar.
Səlahəddin əyalətində İran əsgərləri tərəfindən yandırılan kənddən çıxmaq məcburiyyətində qalan ailələrlə görüşən "İnsan Haqlarını İzləmə" Təşkilatının nümayəndələri , bu görüşü video kameralarla çəkiblər.
"Torpağından qovulmuş sünni bölgənin sakini" başlığı ilə yayılan videoda, təhlükəsizlik səbəbilə üzü gizlədən bir qadın, "Əvvəl IŞİD gəldiyi üçün narahat idik. Bu İran əsgərləri gələndən sonra hara gedəcəyik. Bizi ağır silahlarla vurdular. Evlərdə, otaqlara gizləndik, amma dağlardan bizi hədəf alırdılar. "
Kard peşmerge zabitlərindən biri təşkilatın nümayəndələrinə dağıdılmış evləri göstərərək "Bu ev də sünni ərəblərdən birinə aiddir. Bir buraya hava hücumlarından sonra gəldik. Dükanlar və evlər İran əsgərləri tərəfindən məhv edilmişdi." deyib.

Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |