Şrift:
Azərbaycan-Malta matçını tanınmış türkiyəli hakim idarə edəcək
25.03.2015 [15:27] - Gündəm, İdman
Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Malta milli komandaları arasında Bakıda keçiriləcək oyunun hakim briqadası bəlli olub.

Martın 28-də Tofiq Bəhramov adına stadionda oynanacaq matçı Türkiyənin tanınmış hakimi Halis Özkahya idarə edəcək. Yan xətt hakimləri Cem Satman və Əkrəm Kan, dördüncü hakim Kamal Yılmaz, əlavə köməkçi hakimlər isə Tolqa Özkalfa və Mete Kalkavan olacaq.

Matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed