26.03.2015 [09:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı mədəni fəal, “Laçın” uşaq qrupunun üzvü Baqir İbrahimpur Novruz bayramına bir neçə gün qalmış şərti olaraq azadlığa buraxılıb.
Təbrizin inqilab məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilən fəal yanvarın 3-də (1393-cü il deyin 13-də) həbs cəzasını çəkmək üçün Təbriz zindanına salınmışdır.
Azərbaycanlı fəalın məhkəmə iclası oktyabrın 20-də (mehrin 28-də) Təbrizin inqilab məhkəməsinin 2-ci şöbəsində keçirilib. Fəal, hakim İmaninin sədrliyi ilə keçirilən iclasda sistemin əleyhinə təbliğ və qanunsuz qrup yaratmaq kimi saxta ittihamlarla suçlanıb.
Azərbaycanlı fəal bundan öncə də (şəhrivər ayında) müstəntiq tərəfindən çağırılıb və qanunsuz qrup yaratmaqda günahlandırılıb. O bundan sonra 200 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Qeyd edək ki, ötən il ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Təbrizdə fəaliyyət göstərən “Laçın” qrupunun İstanbulda keçiriləcək Türk Dünyası Uşaq Festivalına qatılmasının qarşısını alıb. Belə ki, qrup üzvü Baqir İbrahimpur mayın 28-də (xordadın 7-də) ETTELAAT-ın Təbriz şöbəsinə çağırılaraq dindirilib. Ona deyiblər ki, “Laçın” qrupunun üzvləri İstanbula aldıqları biletləri qaytarmalı, festivala qatılmaqdan imtina etməlidirlər.
Qrup üzvləri İstanbula səfəri mayın 29-na (xordadın 8-də) planlaşdırıbmış.
“Laçın” qrupu 1998-ci ildə yaradılıb. Qrupun əsas fəaliyyəti azərbaycanlı uşaqlara pulsuz ana dili kursları təşkil etmək, onlara Azərbaycan rəqs və musiqisini öyrətmək, Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |