26.03.2015 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan caddələri can almaqda davam edir. Bu vəziyyət Novruz Bayramı günlərində daha da pisləşib.
Qərbi Azərbaycanın Yol Polisinin rəisi martın 23-də bildirib ki, Novruz Bayramı günlərində Qərbi Azərbaycanın şəhərlərarası yollarında ölümlə nəticələnən 7 və yüngül xəsarətlə nəticələnən 79 yol qəzası baş verib, qəzalar nəticəsində 10 nəfər həyatını itirib.
Polkovnik Abbas Fərmaninin açıqlamasından bir gün sonra isə Təsuc-Salmas yolunda daha bir dəhşətli yol qəzası baş verib. “Pejo” markalı minik maşını ilə bir yük maşınının toqquşması nəticəsində 4 nəfər həyatını itirib. Şərqi Azərbaycanın təcili işlər və hadisələrin idarə mərkəzinin ictimaiyyətlə əlaqələr rəisi bildirib ki, qəza baş verdikdən sonra “Pejo” markalı maşın yanıb və onun 4 sərnişini həlak olub. Yük maşınının sürücüsü isə yaralanıb.
Həbib Hüseynquluzadə yaralanan sürücünün Şəbistər xəstəxanasına aparıldığını bildirib.
Qeyd edək ki, Güney Azərbaycanın qeyri-standard yolları təxminən hər gün qanlı yol qəzalarına şahid olur. “Təbriz-Əhər” caddəsi ölümlə nəticələnən qəzaların çox olduğu səbəbindən “Ölüm Caddəsi” ləqəbi alıb!

Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |