26.03.2015 [12:13] - Gündəm, Borçalı
Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin jurnalistlərlə "Holiday İnn" hotelində keçirdiyi görüş zamanı binanın qarşısında bir qrup gənc tərəfindən etiraz aksiyası keçirilib.
Aksiya sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları olan "Azad Zona" təşkilatının üzvləri tərəfindən təşkil edilib. İştirakçılar hökumətin istefasını tələb edən şüarlarla çıxış ediblər.
Aksiya iştirakçıları "Bidzina get!", "Hakimiyyət istefaya!", "Larinin kupona çevrilməsini dayandırın!" şüarları səsləndirib və plakatlar qaldırıblar.
Etiraz aksiyasının iştirakçılarının mehmanxanaya daxil olmaması üçün polis tərəfindən sədd qurulub. Aksiya insidentsiz başa çatıb.

Bu xəbər oxucular tərəfindən 1096 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |