Şrift:
Güney Azərbaycan xəbərləri
10.01.2012 [12:12] - Gündəm
Saman Cahanpur həbs və şallaq cəzasına məhkum edilibGüney Azərbaycan xəbərləri


Təbrizin inqilab məhkəməsi tibb universitetinin öyrəncisi Saman Cahanpur barədə qərar çıxarıb.Məhkəmə qərarına əsasən Saman Cahanpur 6 ay asılı (3 il müddətinə təliq) həbs və 20 zərbə şallağa məhkum edilib.
Qeyd edək ki, soydaşımız 2011-ci il sentyabrın 3-ü (1390-cı il şəhrivərin 12-i) Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşü zamanı Təbrizdə tutuqlanıb, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 2 həftə ruhi-cismi işgəncələr altında saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

Təbrizdə Şəhriyarın heykəli oğurlanıb Güney Azərbaycan xəbərləri



İran paytaxtı Tehranda heykəllərə olunan qəsd bu dəfə Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə davam etdirilir.
İran mətbuatının yaydığı məlumata görə, dünən Təbrizdə “ustad Şəhriyar” Bulvarının əvvəlində qoyulan büst (heykəl, mücəssəmə) oğurlanıb.Bu oğurluğun gecə yarısı baş tutduğu bildirilir. Hələlik Təbriz şəhərinin məsulları faktla bağlı heç bir açıqlama verməyiblər. Qeyd edək ki, oxşar hadisə 2010-cu ildə Tehranda ardıcıl baş vermişdi. O zaman Sattarxan, Baqirxan, Şəhriyar, ustad Moin, Şəriəti, Sənii xatəm və ... kimi heykəllər oğurlanmışdır. Maraqlı məqam ondan ibarətdir ki, hələdə qeyd etdiyimiz sözdə oğurluqların üstü açılmayıb və bu məsələ naməlum olaraq qalır.






Qum şəhərində 2 nəfər “Traxtur” tərəfdarı tutuqlanıbGüney Azərbaycan xəbərləri



2012-ci il yanvarın 6-ı (1390-cı il deyin 16-ı) Qum şəhərində keçirilən futbol müsabiqəsi zamanı 2 nəfər “Traxtur” tərəfdarı tutuqlanıb.Təbrizin “Traxtur” futbol takımı ilə “Səba” takımı arasında keçirilən müsabiqə zamanı, yerli soydaşlarımız milli takımlarını təşviq edib və xüsusi vanfəşanlıq nümayiş etdiriblər.Məlumata görə, 2 nəfər soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Onlar məmurlar tərəfindən döyülərək stadiondan naməlum istioqamətə aparılıblar.

İran əsgərlərindən Türkiyə vətəndaşlarına saldırıGüney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri


Vanda sərhədi keçmək istəyən şəxslərə İran əsgərlərinin atəş açması nəticəsində 2 nəfər Türkiyəli yaralandı. Vanın Saray mahalında sərhədi qeyri-qanuni yollarla keçən 2 Türkiyə vətəndaşı, İran əsgərlərin tərəfindən açıldığı iddia edilən atəş nəticəsində yaralandı.
Hadisə, dünən səhərə qarşı saat 02.30 sıralarında Saray mahalına bağlı Sirrimli kəndi yaxınlarındakı 264 nolu sərhəd də meydana gəldi. Maye yanacaq gətirmək məqsədiylə sərhədi qeyri-qanuni yollarla keçən Mustafa Özkaplan və əmisi oğulu Murad Özkaplan, İran torpaqlarında açılan atəş nəticəsində yaralandı.
Cib telefonu ilə kəndlilərə xəbər verən yaralılar, sərhəddən alınaraq təcili yardımla Van Bölgə Təhsil və Araşdırma Xəstəxanasına qaldırıldı. Yaralılardan Mustafa Özkaplanın vəziyyətinin ağır olduğu bildirilərkən, atəşin İran əsgərlərin tərəfindən açıldığı iddia edildi. Hadisələ əlaqədar istintaq başladıldı.


İrandan Azərbaycan əleyhinə daha bir bəyanatGüney Azərbaycan xəbərləri


Tehran Universitetinin “Bəsic” tələbə təşkilatı və Qum şəhərinin Məsumiyyə məktəbi Azərbaycanla bağlı bəyanat yayıb.
“İSNA” xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan əhalisinin 92 faizi müsəlmandır, hökumət isə məscidləri bağlamaqla, İslam alimlərini, liderlərini həbs etməklə din əleyhinə siyasət aparır: “Azərbaycan hakimiyyəti tarixdən dərs almalı, İranın 1963-cü ildən 1979-cu il İslam inqilabınadək olan tarixinə baxmalıdır. Görün, Məhəmməd Rza Pəhləvi, Hüsnü Mübarək, Ben Ali, Abdulla Salih və digərlərinin taleyi necə oldu?”
Bəyanatda İran Xarici İşlər Nazirliyindən ölkə konstitusiyasının (Anayasa)16-cı maddəsinin 3-cü bəndi əsas tutularaq Azərbaycan müsəlmanlarının hüquqlarını qorumaq üçün diplomatik səyləri gücləndirmək və həbsdə olan islamçıların azadlığa buraxılmasına nail olmaq tələb edilib.
İranın Norveçdəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək
“Norveçdə yaşayan azərbaycanlılar Urmiya gölünə dəstək məqsədi ilə İranın Oslodakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər”. Bu barədə Norveçdə yaşayan soydaşımız, Osloda fəaliyyət göstərən “Xəzər Yanar” Dərnəyinin üzvü Şərvin Nəcəfpur məlumat verib. O bildirib ki, tədbir Urmiya gölünün süni səbəblərlə qurudulmasına və dünyanın üçüncü böyük duzlu gölünə İran hökumətinin laqeyd münasibətinə etiraz məqsədilə keçiriləcək: “2012-ci il yanvarın 14-də yerli vaxtla saat 15:00-da keçiriləcək etiraz aksiyası “Xəzər Yanar” Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq. Bizim əvvəllər də Urmiya gölünə dəstək məqsədilə tədbirlərimiz olub. Budəfəki etiraz aksiyasına da Norveçdə yaşayan azərbaycanlılar qatılacaq. Əvvəl Norveç parlamentinin qarşısından başlayaraq İranın Oslodakı səfirliyinin binasının qarşısına qədər yürüşümüz olacaq. Piket səfirliyin binası qarşısında davam edəcək”. Şərvin Nəcəfpur əlavə edib ki, tədbirdə Urmiya gölünün rəsmləri və piketin məqsədini ifadə edən şüarlar yazılan plakatlar da nümayiş olunacaq: “İran hökumətinin Urmiya gölünə göstərdiyi laqeyd münasibətə son qoymağını tələb edən şüarlar da səsləndirəcəyik. Aksiyanın sonunda bəyanat oxunulacaq və İran səfirliyinə məktub təqdim ediləcək”.


ABŞ VƏTƏNDAŞI İRANDA EDAMA MƏHKUM EDİLİB Güney Azərbaycan xəbərləri


Tehran məhkəməsi casusluqda günahlandırılan İran əsilli ABŞ vətəndaşı Əmir Mirzə Hikmətini edama məhkum edib.
İran mediası 2011-ci il dekabrın 17-də Əmir Mirzə Hikmətinin tutulması ilə bağlı məlumat yayıb. Dekabrın 18-də isə İran dövlət televiziyası həmin şəxsin casus olması ilə bağlı etiraflarını əks etdirən bir videolent yayıb.
Tehran məhkəməsi 1983-cü ildə ABŞ-ın Arizona əyalətində iranlı mühacir ailəsində doğulan Əmir Mirzə Hikmətini “yer üzündə fəsad törədən şəxs” kimi təqdim edib, onu düşmən dövlətlə əməkdaşlıqda və ABŞ kəşfiyyatına işləməkdə təqsirli bilib.
Əmir Mirzə Hikmətinin valideynləri Əli və Behnaz Hikməti isə jurnalistlərə açıqlamalarında Əmirin casus olmadığını və ondan etirafların təzyiq altında alındığını bildiriblər.

İranlı ayətullahdan şok “Facebook” fətvasıGüney Azərbaycan xəbərləri



Yüksək vəzifəli iranlı ayətullah Lütfulla Səfi-Gülpayqani qəribə fətva verib. o, öz həmvətənlərini “Facebook” sosial şəbəkəsindən istifadə etməkdən çəkinməyə çağırıb, çünki onun məzmunu islam normalarına ziddir.Bu barədə İSNA agentliyi xəbər verir.“Əxlaqazidd davranışları təbliğ edən və etiqadı sarsıdan istənilən sayta daxil olma islam normalarına ziddir və qadağandır, ona görə də belə cəmiyyətlərdə iştirak günahdır”, – ayətullah Səfi-Gülpayqani bəyan edib.Onun sözlərinə görə, yalnız əxlaq qaydalarına zidd hərəkətlərə meyilli olmayan dini məzmunlu saytlara daxil olmağa icazə verilir.

Pentaqon: “Hörmüz boğazı bağlanarsa, İranı darmadağın etməyə hazırıq”Güney Azərbaycan xəbərləri



ABŞ (Amerika Birləşmiş Ştatları) İranın körfəzdə Hörmüz boğazını bağlamaq üçün göstərə biləcəyi istənilən səylərin qarşısını qəti şəkildə almağa hazırdır və bu məqsədlə hətta hərbi güc də tətbiq edilə bilər.Bu barədə “CBS News” telekanalının efirində ABŞ-ın müdafiə naziri Leon Panetta məlumat verib.Hərbi idarənin rəhbəri vurğulayıb ki, İranın Hörmüz boğazını bağlaması İslam Cümhuriyyətinin ABŞ-ın cavab hərəkətlərinə gətirəcək xətti keçməsi demək olacaq.“Biz buna dözməyəcəyik. Onlar boğazı bağlasalar, biz cavab verəcəyik” – deyə, L.Panetta bəyan edib.Bundan başqa, ABŞ ordusunun Birləşmiş qərargah rəisləri komitəsinin sədri general Martin Dempsi bəyan edib ki, iranlılar boğazı bağlayarlarsa, ABŞ onları darmadağın etməyə hazırdır.
Bu xəbər oxucular tərəfindən 1774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed