Şrift:
BMT-nin xüsusi nümayəndəsi: Ötən il İranda 753 nəfər edam edilib
27.03.2015 [02:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhaninin təbliğat-təşviqat dönəmində verdiyi vədlərə rəğmən, onun dövründə insan haqları pozuntuları daha da artıb.
BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi, insan haqları ilə bağlı son raportunu BMT-nin İnsan Haqları Şurasına sunub.

Raporta əsasən 2014-cü ildə İranda 753 nəfər edam edilib. Onlardan 13-nün 18 yaşına çatmadığı bildirilib. 2015-ci ilin ilk 10 həftəsində isə 254 nəfər dar ağacından asılıb.

Edam edilən şəxslərin əksəriyyəti, beynəlxalq qanunlara görə ağır cinayət kimi tanınmayan və edamı haqq etməyən ittihamlar əsasında edam edilib.

Raportda qeyri-fars millətlərə qarşı təzyiqlərin artması və mədəni fəalların təqib olunaraq saxlanılması da öz əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed