27.03.2015 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Hüquq
Cenevrədə BMT İnsan Haqları Şurasının 28-ci oturumu keçirilir. Martın 3-dən 27-dək (1393-cü ilin isfənd ayının 12-dən 1394-cü ilin fərvərdin ayının 7-dək) davam edəcək iclaslarda İranda yaşayan qeyri-fars millətlər, o cümlədən Güney Azərbaycanın hüquqi və mədəni durumu və siyasi məhbusların vəziyyəti gündəmə gətirilir. Martın 27-də (1394-cü il fərvərdinin 7-də) isə BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidin yenidən bu vəzifəyə seçilməsi ilə bağlı səsvermə olacaq.
Keçirilən iclaslarla bağlı insan haqları fəalı, etniklərə həsr olunmuş panelin rəisi xanım Jalə Təbrizi geniş raport hazırlayıb.
Raporta əsasən “Ərk İnsan Haqları Cəmiyyəti” BMT-nin İnsan Haqları Şurasının 28-ci iclaslarında aşağıdakı mövzularda fəal olub.
1- 2015-ci il martın 16-ı
Martın 16-da (1393-cü il isfəndin 25-də) Cenevrədə BMT İnsan Haqları Şurasının 28-ci oturumunda iştirak edildi. İclasda BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid İranda insan haqları barəsində son raportunu təqdim etdi.
BMT nümayəndəsi vurğuladı ki, “İranda Həsən Ruhani dövründə insan haqlarının durumu daha da pisləşib”. O İranda edamlar, həmçinin qanunla nəzərdə tutulmuş yaşa çatmayanların edam edilməsinə işarə etdi.
Bundan sonra Hollandiya, Almaniya, Norveç, Avstraliya, Portuqaliya, Kanada, Belçika və Yeni Zelandiyanın nümayəndələri təqdim etdiyi raporta görə Ə.Şəhidə təşəkkür edib və İranda insan haqları durumunu acınacaqlı kimi qiymətləndiriblər.
Lakin İraq, Livan və Suriya kimi İrana yaxın ölkələr İranda insan haqlarının vəziyyətindən razılıqlarını dilə gətirib və bu istiqamətdə irəlləyiş olduğunu bildiriblər. Onlar İrandan dünya ictimaiyyəti ilə əməkdaşlığa görə təşəkkür də ediblər. 4 ildir daxili savaş yaşayan Suriya rejiminin nümayəndəsi isə Ə.Şəhidə məlumat verən mənbələri qərəzli olmaqda suçlayıb. O, BMT nümayəndəsinə verilən məlumatın yalan olduğunu bildirib. İrana digər yaxın ölkə Şimali Koreyanın nümayəndəsi də İrana dəstək nümayiş etdirib. Ölkə nümayəndəsi, insan haqları uğrunda atdığı müsbət addımlara görə İrandan təşəkkür edib və Şuradan istəyib ki, bundan sonra İran və digər ölkələr üzrə xüsusi nümayəndələrin ezamiyyətinə son qoyulsun.
Vyetnamın nümayəndəsi də Həsən Ruhani dövründə qadın haqları və səhiyyə işləri ilə bağlı irəlləyiş olduğunu bildirib.
Belçika və Kanada nümayəndələri isə Ə.Şəhidə təqdim etdiyi raporta görə təşəkkür edib və bildiriblər ki, İranda insan haqlarının durumunda heç bir irəlləyiş yoxdur. Onlar mədəni fəallar, jurnalistlər, veblaqçılar və milli-məzhəbi azlıqların təzyiqə məruz qalmasından nigaranlıqlarını dilə gətiriblər. Belçika İranda edamların dayandırılmasını tələb edib.
Yeni Zelandiya da insan haqlarında irəlləyişin olmaması, qızlar, qadınlar və azlıqlara qarşı ayri-seçkilik siyasəti və edam sayısının çox olmasından nigaranlığını dilə gətirib.
İranda insan haqlarının pozulmasına etiraz edən inkişaf etmiş ölkələrin ortaq nöqtəsi “dini azlıqlara təzyiq və edam sayılarının çox olması” olub.
2- 2015-ci il martın 17-i
2015-ci il martın 17-i (1393-cü il isfəndin 26-ı) 2-ci gün BMT İnsan Haqları Şurasının 28-ci oturumu kənarında BMT-nin xüsusi nümayəndəsi bir çox siyasi fəal, iranlı insan haqları fəalı və xarici Qeyri-Hökumət Təşkilatlarının qatıldığı iclasda çıxış edib.
Ə.Şəhid dedi: Ötən il bir heyət İran zindanlarına baxış keçirdi. Millət vəkilləri ilə görüşdə bütün siyasi-əqidə məhbusları ilə bağlı yalnız bir ortaq nöqtə ortalığa çıxdı, o da bundan ibarətdir: “Onlar ölkə təhlükəsizliyini təhlükə altına alıblar”. Ə.Şəhid bildirib ki, İranda insan haqlarının durumu nigaranlıq doğurur. O, söhbətinin sonunda iştirakçılardan istəyib ki, mövzu ilə bağlı öz fikirlərini bildirsinlər.
Sual-cavaba ayrılan vaxtda Kürdistan insan haqları qurumunun nümayəndəsi BMT-nin xüsusi nümayəndəsinə təşəkkür edərək, İranın sərhədyanı bölgələrində insan hanları pozuntularının yetəri qədər əks olunmadığını tənqid edib. O, 40 nəfərdən çox məhbus kürdün edamlarını gözlədiklərini bildirib və raportlarda onların durumuna az işarə olunduğunu diqqətə çatdırıb. Acaba bu vəziyyət sözü gedən bölgələrdə məlumatın əldə edilməsi ilə bağlıdır yoxsa insan haqları qurumlarının zəifliyidir?
Bəhayi cəmiyyətinin nümayəndəsi də Ə.Şəhiddən bir gün öncə BMT İnsan Haqları Şurasının oturumunda təqdim etdiyi raporta görə təşəkkür edib: Sizin sözlərinizə görə Cenevrədə İran nümayəndələri ilə bir sıra əməkdaşlığınız olub, onlar bu əməkdaşlıq çərçivəsində sizə İrana səfər etmək icazəsi veriblər?
Azərbaycanlı qruplardan bir nümayəndəsi isə deyib ki, İranda bizim 900 nəfərdən çox məhbusumuz var. O İranda insan haqları ilə əlqədar etnik qruplara daha çox diqqət yetirməyi istəyib.
İştirakçılardan biri İranı tərk etmək məcburiyyətində qalan siyasi-mədəni fəalların ağır vəziyyətindən danışıb: Bu fəallar İranda təzyiqlərə məruz qaldıqları üçüb digər ölkələrə gedib və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından sığınacaq istəyiblər. İştirakçı xarici ölkələrdə iranlı qaçqınların durumuna diqqət yetirməyi tələb edib.
Sonda Ə.Şəhid verilən suallarla bağlı deyib ki, zaman məhdudiyyətini də nəzərə alaraq, təyin olunmuş meyarlar əsasında bir sıra araşdırmalar aparılmalıdır. Biz raport hazırlayarkən kiminsə tərəfini saxlamadan insafı riayət etməyə çalışırıq.
3- 2015-ci il martın 18-i
“Biz (Ərk insan haqları cəmiyyəti) dönəmsəl insan haqları pozuntularının incələməsi iclasında da iştirak etdik”
- Etnik qrupların konfransı:
Azərbaycandan doktor Şapur Ənsari, insan haqları mövzusunda Bəluçistandan Nima Puryəqub, Türkmənsəhradan Yusif Kor, ərəblərdən Feysəl Mərməzi, Kürdlərdən Əmcəd Hüseynpənahi və Qaşqay türklərindən Ruhullah Muradi çıxış etdilər.
Doktor Şapur Ənsari öz çıxışına “insan haqlarının beynəlxalq məsələsinə olduğuna olan inanc danışır” deyimi ilə başladı: “Düşünürəm ki, İran “mədəni aparteid” adlı bir xəstəliyə tutulub. Ama bu dəri rənginə görə deyil, dilə görədir.”
Doktor Ənsari ana dildə təhsilin olmamasından şikayətlənib: “İran məktəblərində hətta əgər şagirdlər arasında ana dildə çizgilər belə tapılsa, onun qarşısı kəskin şəkildə alınır.”
ABŞ-da yaşayan 78 yaşlı ürək-damar cərrahı həmçinin deyib: “Keçmiş Təhsil nazirinin sözlərinə görə, məktəblərə daxil olan şagirdlərin 70 faizi öz ana dilində danışır və onların fars dili ilə bir o qədər tanışlığı yoxdur.”
«Dövlətin bu hərəkəti onlarda bir ruhi xəstəlik yaradır»
Doktor Ənsari İranda bir çox türkün sadəcə ana dildə təhsil tələb etdiklərinə görə, saxlanıldıqlarına xüsusi olaraq toxunub. O həmçinin 50 il bundan öncə baş vermiş bir olaya diqqət çəkib. Hansıki, onun qohumlarından biri öz övladına türk adı seçmək hüququndan məhrum edilib.
Bu bölümdə ikinci çıxışçı olaraq Nima PurYəqub Sistan-Bəluçistanda insan haqlarının vəziyyəti barədə danışıb. O bildirib ki, “bu bölgənin adı gəlincə ilk olaraq Kölgənəcək məktəblər, təsəvvürə sığmayan yoxsulluq, təhlükə, gündəlik saxlanmalar və kütləvi edamlar yada düşür. İranda edam hökmlərinin icrasına ən çox bu vilayətdə rast gəlinir. Bu edamların əksəriyyəti narkotik maddələri ilə əlaqədardır. Edama məhkum edilən siyasi-əqidə məhbuslarının bir çoxu da məhz bu vilayətə aiddir.”
O, bir neçə edam olunan şəxslərin adını çəkərək bu vilayətdə insan haqlarının pozulmasına diqqət çəkib.
Türkmənsəhranın insan haqları fəallarından biri Yusif Kor isə türkmən məntəqəsində ətraf-mühitin durumu, savadın aşağı səviyyədə olması və insan haqları məsələsinə işarə edib: “Bu məntəqə atmosfer şəraiti baxımından yaxşı vəziyyətdədir, lakin yalnış idarəçilik nəticəsində bölgənin əksər çayları qurumaqdadır. Bu məsələ mal-qara saxlamaq və əkinçilik işlərinə ciddi ziyan vurub. Həmçinin bölgədə beton və torpaq bəndlərinin artması yeraltı sularının səthinin düşürüb və bu şəkildə Türkmənsəhrada böhrana səbəb olub.
O, təhsil məsələsində böhranla bağlı ana dildə təhsilin olmamasına işarə edib və bu məsələnin önəmini xüsusi vurğulayıb... .
İnsan haqları fəalı və London universitetinin məzunu Feysəl Mərməzi kütləvi saxlanma və bir futbol müsabiqəsindən sonra iki ərəbin öldürülməsinə işarə edərək, Ə.Şəhiddən ərəblərin azad edilməsi üçün İran rejiminə təzyiq etməyi tələb edib.
İnsan haqları fəalı Xuzistanda toz problemi və ətraf-mühit vəziyyətinə toxunaraq bölgə əhalisinin həyatının təhlükədə olduğunu bildirib. Karun çayının çirklənməsini bildirən fəal bunun ətraf-mühit, mal-qara saxlamaq və əkinçilik işlərinə ziyan vuracağını diqqətə çatdırıb.
Mərməzi bu bölgədə tikilən bənd və 20 min kvadrat kilometr radius çərçivəsində tikilən bir duz zavodundan nigaranlığını dilə gətirib və bu bölgədə olan quraqlığı və İraq ölkəsi ilə həmsərhəd olmasını nəzərə alaraq deyib ki, dövlət bu bölgədə torpaq və əhalinin həyatına heç bir əhəmiyyət vermir.
O əlavə edib ki, dövlət son iki onillikdə əhalinin torpaqlarını sənaye sahəsinə çevirib və insani faciələrin qarşısını almaq üçün heç bir nəzarət mexanizmi nəzərdə tutmayıb.
«Neft sənayesindən dolayı əmələ gələn qazlar bölgə əhalisində tənəffüs problemi yaradıb»
Şəkər qamışı sənayesi bir sıra zəhərli maddələrlə dolu zəhərli qaz yaradır. Bu isə bölgədə havanın çirklənməsini daha da artırır. Və deməliyəm ki, bu məntəqədə xərçəng xəstəliyi 50 faiz artıb.
Biz bütün insan haqları fəallarından istəyirik ki, bölgədə bu insani böhrana diqqət yetirsinlər.
Kürd insan haqları müdafiəçisi Əmcəd HüseynPənahi isə bildirib ki, İranın kürd bölgəsində edam məsələsi insan haqlarının pozulmasının əsas göstərgəsidir: “Kürdistanda insan haqlarının pozulması təhlükəsizlik baxışı nəticəsində sistemli şəkildə ildən ilə artır. Bu baxış Kürdistanda qanunsuz hərəkətlərə və insan haqlarının pozulmasına əsas yaradır.”
Hazırda 20-dən çox kürd siyasi fəal siyasi partiyalara üzv olmaq ittihamı ilə inqilab məhkəmələri tərəfindən edama məhkum edilib və onların əksəriyyətinin hökmü Ali Məhkəmə tərəfindən təsdiq də edilib.
Bu bölümün son çıxışçısı Ruhullah Muradi bir çox qaşqay türkünün İslam Cümhuriyyətinin hücumları nəticəsində ölüb vəya yaralandığını, həmçinin qaşqaylara qarşı edilən təzyiqlərə işarə edərək 300 müəllimin müxtəlif bəhanələrlə işdən uzaqlaşdırıldığını diqqətə çatdırıb. O qaşqay türklərini məhdudlaşdırıldığına görə İslam Cümhuriyyətini kəskin tənqid edib.
Ruhullah Muradi bildirib ki, İslam Cümhuriyyəti etnik qrupları ana dildə təhsil, radio, televiziya, qəzet və müstəqil mədəni mərkəzlərin olması hüququndan məhrum edib.
4- 2015-ci il martın 19-u
Sonda məlum olub ki, İran nümayəndəsi BMT-nin İnsan Haqları Şurasına cavab olaraq təklif olunan bəndlərin 60 faizi ilə razılaşdığını bildirib. Lakin insan haqları fəalları İranın şəffaf əməl etmədiyinə və sadiq olmadığına inanırlar.
İran bu çalışmada araşdırılan 291 bənddən bəzisini rədd edib, Lakin bəzisini bir təklif kimi nəzərdən keçirəcək. Ölkələr nümayəndəsi və insan haqları fəallarının əsas istəklərindən biri edam cəzalarının ləğv edilməsi və “Qadınlara qarşı ayri-seçkiliyin aradan qaldırması” konvensiyasına qoşulmaq olub.
Bütün çıxışların videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 1226 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |