27.03.2015 [13:04] - Gündəm, Bildiriş, DAVAMın yazıları
Azərbaycanın dəyərli aydını, görkəmli türkoloq Elməddin Əlibəyzadə yaşamdan getdi. İmzası Azərbaycan ictimai mühitinə yaxşı tanış olan professor Elməddin Əlibəyzadə sözün gerçək anlamında insanlıq, türklük aşiqi idi. Türklüyün aşiqi olmaq – İnsanlığın aşiqi olmaq deməkdir. Türklük aşiqi omaq – türkə xas cəhətlərin yaşadılması, ömürləşdirilməsidir. Elməddin Əlibəyzadə onillərdir ki, bu yoldaydı, bir an da olsun, «usandım» demirdi. Başına çox çətinliklər gəlmişdi, ancaq türklük sevgisindən əl çəkməmişdi...
***
Türklüyümüz qədimliyimizin mahiyyətini özündə yaşadan, bugünü aşan, sabaha boy verən, onu yaradan ruhani-milli gücümüz, bənzərsizliyimizdir.
Elməddin Əlibəyzadə anadangəlmə türklük sevdalısı, bu sevgisində özünəməxsus idi. O, Türklük sevgisini həmişə uca tutur, Türkə, türklüyə böhtan, çamur atanlarla inadla döyüşürdü: yenilmirdi, yenirdi. Ona görə ki, haqlı idi...
***
Türklük sevdasıyla yaşamaq – həqiqətçi olmaqdır. Türk birsifətliyi, dəyişməzliyi gərəkdir dünyaya. İnam Ata (Asif Ata) türklüyün ruhani-mənəvi-milli ölçüsünü yaradıb. Ataya qədərki türklüklə bağlı hünərli çabaları qətiyyən danmırıq. Ancaq meydanda olanlar yetərli deyil. İnam Ata Türklüklə bağlı deyilənlərdən uca, bənzərsz bir yön yaratdı, Türklüyü yaşam tərzinə çevirdi, özünün dünyabaxışının mayasına qatdı. Türkün varlığı bəşər üçün danılmaz xilasdır. Türk xilasçılığını dünyaya umacaqsız olaraq gətirir, kimsəyə minnət yeri qoymur. İnam Ata Mütləqə İnam Dünyabaxışında insaniliyin bütün gözəl cəhətlərini təqdim edir, onları özünün türklüyündən-İnsançılığından yaradır.
***
Mənim Elməddin Əlibəyzadəyə uca münasibətim onun Azərbaycanın əzəli dəyərlərinə olan böyük sayğısı, sevgisi ilə bağlıdır. O, Atanı idealı sayır, bununla öyünürdü. Ata ilə fəxr etmək – Türkün, habelə bəşərin sabahına sarsılmaz inam deməkdir. Elməddin Əlibəyzadə Atanın şəxsində İnsanlığın sabahını görə bilirdi. Bu, onun ulusal ruhaniyyata, mənəviyyata uca münasibətindən irəli gəlirdi.
***
Elməddin Əlibəyzadə zəngin irs yaradıb. Onun irsi sabah daha diqqətlə öyrəniləcək. Bu əsasda kitablar yazılacaq. O, dünyada Türklüyə basqıların artdığı bir vaxtda Türklükdən elmi əsərlər, kitablar yazdı. Təəssüf ki, türk böyük tarix, yaşam yaratdığı halda demək olar, tarix kitabları yazmayıb, türklüklə bağlı soraqları da türkü sevməyənlər yox ediblər. Bu anlamda Elməddin Əlibəyzadənin qədimliyimizlə bağlı araşdırmalarının necə çətinliklə başa gəlməsini yaxşı anlayıram: ruhunun gücüylə tarixin qaranlıq, dərin qatlarından, habelə çox az çağdaşının yazdıqlarından faktlar toplayasan, fəhminlə onları əsaslandırıb kitablar ortaya qoyasan və qınaqlara tuş gələsən! Ancaq Elməddin müəllim qətiyyən belə şeylərdən sarsılmadı, çətinliklərdən güc aldı...
***
Onun əsərlərinin ruhu milli olduğu kimi, dili də aydındır, çünki özümlüyə əsaslanır, xalq ruhundan güc alır. Elməddin Əlibəyzadənin milli ruha vurğunluğu başqaları üçün örnəkdir, həm də bəşəriliyinin uca təsdiqidir.
O, Xeyirin qələbəsinə inanırdı. İnanırdı ki, Şər nə qədər güclü görünsə də, sonludur, çünki təməlsizdir. Türk ruhunun əzəli qaydasına uyğun olaraq xeyirçiliyində ardıcıl idi. Türk xeyirçiliyi – etdiyi işə görə mükafat ummamaqdır.
«Avesta Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir», «Azərbaycan dilinin tarixi» (I,II cildlər), “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)”, “Qədim dünyamızın ulu kitabı”və b. kitabları onun alim sanbalını təsdiq edir.
İnam Ata (Asif Ata) həmişə Elməddin Əlibəyzadənin türkçülüklə bağlı araşdırmalarına yüksək dəyər verib. Zərdüştlüklə bağlı araşdırması haqqında Atanın bir fikrini burada təqdim etmək yetər ki, təsəvvürümüz tam olsun: «Kitabda «Avesta» Şumer-Türk ruhunun dahiyanə ifadəsi kimi mənalandırılıb və bu, əsl həqiqətdir… Kitab həqiqətçilik əməlidir – yalana qarşı duran».
Vaxtilə İnam Atanın Elməddin Əlibəyzadənin əsərləri ilə bağlı yazdıqları onun ulusal axtarışları haqqında inamlı, sabahlı düşüncələrdir.
Onun ulusal ünvanlı əsərləri sabaha qovuşacaq, yaradıcısına tükənməz sevginin ünvanı olacaq.
Elməddin Əlibəyzadənin vəfatı ilə bağlı ailəsinə, doğmalarına başsağlığı verirəm, “Soyunuz var olsun!” deyirəm.
Ulusumuz var olsun!

Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |