27.03.2015 [18:53] - Gündəm, Siyasət
“Hər dəfə Azərbaycan hansısa böyük beynəlxalq tədbir keçirəndə ölkəyə qarşı qarayaxma kampaniyası güclənir, sanki bəzi qüvvələr bu tədbirlərdən bir fürsət kimi istifadə edir”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkli kampaniyalara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan artıq belə qarayaxmalara adi hal kimi baxır: “Eurovision” mahnı müsabiqəsi də keçirilən zaman belə qarayaxmaların şahidi olduq. Bir tərəfdən Azərbaycan Avropanın mədəniyyət müsabiqəsinə ev sahibliyi etdi, qonaqpərvərlik göstərdi, digər tərəfdən isə Azərbaycana qarşı qərəzli yanaşmalar oldu. Amma nəticədə Azərbaycan ən bu yarışmaya ən yüksək səviyyədə ev sahibliyi etdi”.
M.İbrahimzızı bildirib ki, dünyada baş verən böhranlara baxmayaraq Azərbaycan inkişaf edir, iri beynəlxalq layihələri həyata keçirir: “Təbii ki, Azərbaycanın gündə-günə inkişaf etməsini görmək istəməyən ermənipərəst qüvvələr Azərbaycanın imicini korlamaq üçün bu qarayaxma kampaniyasını apardılar. Bunlar hər dəfə belə böyük tədbierlər ərəfəsində Azərbaycana nə qədər təzyiq etsələr, onu qənimət bilirlər”.
M.İbrahimzızı hesab edir ki, bu cür təzyiqlərin və kampaniyaların heç bir təsiri olmayacaq: “Hesab edirəm ki, biz bu cür təzyiqlərə, çirkli kampaniyalara fikir verməməliyik, öz siyasətimizi davam etdirməliyik. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan bu tədbirdən üzü ağ çıxacaq”.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |