Şrift:
Əlirza Fərşinin qeyri-müəyyən vəziyyəti nigaranlıq doğurur
28.03.2015 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi artıq 1 aydan çoxdur qeyri-müəyyən vəziyyətdə saxlanılır. Bu müddətdə onun sağlamlıq vəziyyəti və harda saxlanılması ilə bağlı dəqiq məlumat yoxdur.
Fevralın 21-i (1393-cü il isfəndin 2-i) – Dünya Ana Dili Günündə Tehranda öz evində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan fəal, bir neçə gün telefon vasitəsi ilə Evin zindanında saxlanıldığını bildirib. Lakin ondan sonra fəalın vəziyyəti ilə bağlı heç bir xəbər əldə edilməyib və məsullar onunla heç bir görüşə icazə verməyib.

Bu müddətdə azərbaycanlı fəalla bağlı mətbuatda bəzi məlumatlar yayılıb. Lakin bunların nə qədər doğru olub-olmadığı məlum deyil. Bəzi mətu orqanları tanınmış fəalın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə qaytarıldığını, bəzi isə Evin zindanında təknəfərlik məhbəsdə saxlanıldığını bildirib. Bir sıra kütləvi informasiya vasitələri isə azərbaycanlı fəalın aclıq aksiyası keçirdiyinə dair xəbər yayıb.

Beləliklə, Fəaldan heç bir xəbərin olmaması və barəsində yayılan fərqli xəbərlər onun ailəsi və milli-mədəni fəalların nigaranlığına səbəb olub.

Qeyd edək ki, adını çəkdiyimiz fəal ötən Dünya Ana Dili Günü ərəfəsində bu önəmli gündə mərasim keçirmək üçün səlahiyyətli orqanlardan icazə almağa cəhd göstərib və bu istiqamətdə düzənlənən İmzatoplama Kampaniyasında olduqca fəal iştirak edib.

Fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed