Şrift:
Ərdoğan: -İranın Orta Şərqdə hegemonluğu ələ almağa cəhdi bizi təngə gətirib
28.03.2015 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fars imperializminin Orta Şərqi məzhəblərarası savaş meydanına çevirmək istəyi Türkiyədən sərt təpgi gördü



Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan martın 26-da jurnalistlərlə keçirdiyi mətbuat konfransında çıxış edərək Yəməndə baş verən olaylardan, İranın Orta Şərqdə, o sıradan da bölgənin ərəb ölkələrindəki rolundan danışıb.
Ərdoğan deyib ki, İranın bölgədə hegemonluğu ələ keçirmək üçün fəaliyyətini gücləndirməsi, Ankaranı, Səudiyyə Ərəbistanını və körfəzdəki ərəb ölkələrinin ciddi narahatlığına səbəb olub: “Bu gün İran, bölgədə hegemonluğu ələ keçirməyə çalışır. Buna dözmək olar mı? Bu məsələ, Türkiyəni, Səudiyyə Ərəbistanını və İran körfəzindəki ərəb ölkələrini təngə gətirib. Buna həqiqətən dözmək çətindir və İran bunu bilməlidir. Hesab edirik ki, İran mövqeyini dəyişməli, Yəmən, Suriya və İraqın daxili işlərinə qarışmağı dayandırmalı, bu ölkələrdəki qüvvələrini geri çağırmalı, digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və bölgənin digər ərəb ölkələri, Suriya və İraq rejimlərinə açıq-aşkar hərbi yardım göstərən İran hökumətini, Yəmənin qanuni prezidenti Əbd Rəbbuh Mənsur Hadini devirən “Husi” şiələrini dəstəkləməkdə günahlandırırlar.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed