Şrift:
Urmiyədə -Pjak- terror qruplaşması yanlıları həbs cəzasına məhkum edilib
28.03.2015 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərində terror cərəyanlarına bağlı 16 kürd həbs cəzasına məhkum edilib.
Ötən il yazın sonlarında tutulan şübhəlilər Urmiyənin İnqilab Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib.

7 aydan 2 ilədək həbs cəzası alan terrorçuların adları xəbər agentliklərinə bildirilib: Fəramərz Nəcəfi, Hüseyn Nəcəfi, Fayiq Nəcəfi, Kərim Zamani, Abdullah Bədəvi, Nasir Bədəvi, Mahmud Canqu, Əbdulnasir Məhəmmədpur, Molud Hüseyni, Naci Teymurzadə, Fridun İbrahimi, Rza Əyyubi, Rəməzan Səbzi, Əli Əhrom, Qolnaz Ahəngxoş və Bəşir Salehi.

Hazırda Urmiyə zindanında saxlanılan məhbusların əksəriyyəti “Pjak” terror qruplaşması ilə əməkdaşlıq etməklə milli təhlükəsizliyi pozmaqda ittiham edilib.

Məlumata görə, Qolnaz Ahəngxoş, Rza Əyyubi və Rəməzan Səbzinin hökmü hələlik elan olunmayıb.

Qeyd edək ki, Güney Azərbaycanın qərb bölgəsi uzun illərdir kürd terrorçularının diqqət mərkəzindədir. Kürd terror qruplaşmaları bölgəni kürdləşdirməklə yanaşı zaman-zaman terror aktları törədir və bir çox günahsız insanın ölümünə səbəb olur.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed