28.03.2015 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Fransa, Britaniya və Rusiya rəhbərləri ilə danışıb
İran prezidenti Həsən Ruhani martın 26-da ABŞ prezidenti Barak Obamaya və Tehranla nüvə danışıqları aparan 5+1 qrupunda təmsil edilən digər ölkələrin rəhbərlərinə məktub yazıb.
Ağ Ev-in sözçüsü İran prezidentinin Obamaya məktub göndərdiyini təsdiqləsə də, məktubun məzmunu açıqlamayıb. İran prezidenti həmçinin martın 26-da nüvə danışıqları və mümkün yekun razılaşması barədə Fransa, Böyük Britaniya, Çin və Rusiya rəhbərlərinə ayrı-ayrılıqda zəng vurub və onlarla məsələ barədə telefon danışığı aparıb.
Telefon danışığında, Ruhani Böyük Britaniyanın baş naziri Devid Kamerona deyib ki, İran öz milli mənafeyinə uyğun hərəkət edir və hesab edir ki, yekun nüvə razılaşmasının əldə olunması üçün yaranmış bu fürsəti dəyərləndirmək lazımdır.
İsveçrənin Lozan şəhərində İranla 5+1 qrupu (AB,, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında aparılan danışıqlar martın 27-də başa çatacaq.

Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |