10.01.2012 [13:33] - Diaspor
ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) yeni məktub kampaniyasına start verib. Təşkilatçıların davam.az-a verdiyi məlumata görə, ötən illərdə keçirilən bu cür kampaniyalar ABŞ mətbuatında bir sıra məqalələrin nəşrinə, bəyanatların verilməsinə və hətta ötən il parlament qətnaməsinin qəbuluna səbəb olub.
ABŞ rəsmilərinə göndərilən məktublarda diaspor üzvləri xatırladıblar ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, suveren Azərbaycan 26 minlik sovet qoşunu tərəfindən işğal olunub. Azərbaycanlıların sovet işğalına cəsarətli müqaviməti fevrala qədər davam edib. 170 azərbaycanlı öldürülüb, 321 itkin düşüb, 700-dən çox adam yaralanıb, yüzlərlə adam həbs olunub.
“Bu dəhşətli hadisələr vəhşiliyi ilə yadda qaldı, lakin bu hadisələr həm də müstəqillik və azadlığa yol açdı. 22 il ötməsinə baxmayaraq “20 yanvar” hadisələrinin əhəmiyyəti azalmayıb. Yanvarın 20-də milyonlarla azərbaycanlı və Azərbaycanın dostları Bakıda Şəhidlər Xiyabanına gedərək ölkənin müstəqilliyi üçün canından keçmiş soydaşların xatirəsini yad edirlər. Onlar şəhidlərin məzarı üstünə gül qoyur, xalqın müstəqillik, demokratiya və azadlıq ideyalarına sadiqliyi yenilənir”.
Diaspor ABŞ rəsmilərindən ötən il Texas qanunverici orqanının etdiyi kimi qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi və protokola salmaqla bəyanat verməyi xahiş edir.

Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |