Şrift:
Dövlət Komitəsi: Azərbaycanda hər bir ailə öz imkanlarına görə uşaqların sayını müəyyən etməlidir
28.03.2015 [10:41] - Xəbərlər, Sosial
Azərbaycanda hər bir ailə öz imkanlarına görə uşaqların sayını müəyyən etməli, ailə planlaması olmalıdır. Bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, dövlət əhalinin rifahının yaxşılaşdırılması üçün mütəmadi addımlar atır. Bu gün çoxuşaqlı ailələrə dövlət dəstəyi olaraq sosial müavinət verilir.

S.Qəhramanova bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna 29 oktyabr 2013-cü ildə edilmiş dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan qadınlara müavinət verilir. Bu dəyişiklik 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda şamil edilir. Bu müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir: “Ölkənin iqtisadi imkanları artdıqca yardımların artırılması da hökumətin diqqətindədir. Lakin fikrimcə, hər bir ailə imkalarına görə uşaqların sayını müəyyən etməlidir, ailə planlaması olmalıdır. İnsan bilməlidir ki, hökumət tərəfindən verilən yardım müvəqqətidir. O, özü ailəsini hər bir mənada təmin etmək üçün çalışmalıdır, çünki ailənin məsuliyyətini daşıyır”.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed