28.03.2015 [11:11] - Xəbərlər, Bildiriş
Martın 28-dən 29-na keçən gecə Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir.
Martın 29-da saat 4:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |