29.03.2015 [14:32] - Gündəm, Sağlıq
“Donuz qripi” (A/H1 N1-red.) ilə bağlı ölkədə hər hansı şübhəli hal qeydə alınmayıb. “Donuz qripi” təhlükəsinə görə nəzərdə tutulmuş tədbirlər tərəfimizdən həyata keçirilir. “Qaynar xətt” fəaliyyət göstərir. Həmçinin bizim müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyamız var və bu laboratoriyada xüsusi hazırlıq keçmiş mütəxəssislər çalışır”.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov deyib.
M. Cahanov Dövlət Gömrük Komitəsinin tabeliyində olan sanitar-karantin şöbələrinin də fəaliyyət göstərdiyini söyləyib: “Həmin sanitar-karantin şöbələrində ölkəyə daxil olan əcnəbilərin, habelə Azərbaycan vətəndaşlarının üzərində daimi nəzarət həyata keçirilir. Orada hər hansı şübhəli hal qeydə alınsa, dərhal bizə məlumat ötürüləcək".
Qeyd edək ki, son 10 gündə Türkiyədə 42 nəfər “donuz qripi”nə yoluxaraq həyatını itirib.

Bu xəbər oxucular tərəfindən 1101 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |