29.03.2015 [14:40] - Gündəm, Türk dünyası-Turan
Özbəkistan prezidenti seçkiləri çərçivəsində Bakıda seçki məntəqəsində qeydə alınmış seçicilərin təqribən yarısı səs verib. Bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildiriblər ki, hazırda təxminən 100 nəfər səs verib.
Bakıdakı məntəqə Özbəkistan səfirliyində (ünvan: Bakı ş., Badamdar qəs., birinci şose, 9-cu döngə, ev 437) yerli vaxtla saat 20:00-dək açıq olacaq.
Səs vermək üçün şəxsən iştirak etmək və Özbəkistan vətəndaşının qüvvədə olan pasportu lazımdır. Hazırda səfirliyin konsulluq qeydiyyatında səsvermə hüququ olan 200 Özbəkistan vətəndaşı var. Bundan başqa, Azərbaycanda müvəqqəti olan və konsulluq qeydiyyatında olmayan (məsələn, turistlər, ezamiyyətdə olanlar) səs verə bilərlər.
Qeyd edək ki, saat 13:00-a olan məlumata əsasən, Özbəkstanda prezident seçkilərində seçicilərin 71,6 faizi və ya 14,9 milyon nəfər səs verib.
Prezidentliyə hazırkı dövlət başçısı İslam Kərimov daxil olmaqla 4 namizəd var.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |