Şrift:
Türkiyə I Avropa Oyunlarına 153 idmançı ilə qatılacaq
30.03.2015 [10:26] - Xəbərlər, Türk dünyası-Turan, İdman
Türkiyə Bakı-2015 I Avropa Oyunlarına 20 idman növü üzrə ümumilikdə 153 idmançı ilə qatılacaq. Bu barədə Türkiyə Milli Olimpiya Komitəsinin rəsmi saytı məlumat verir.

Məlumata əsəsən, bakıda keçiriləcək I Avropa Oyunlarında Türkiyədən atletika üzrə 1, atıcılıq 4, basketbol 8, bədii gimnastika 4, boks 13, qılıncoynatma 3, stolüstü tennis 2, sambo 1, üzgücülük 10, veloyarış 6, güləş 24, karate 11, oxatma 2, çimərlik voleybolu 4, triatlion 3, cüdo 2, sinxron su polosu 13, voleybol 24, üzgücülük 12, kanoeda üzrə isə 6 nəfərlə təmsil olunacaq.

Məlumatda o da qeyd olunur ki, Oyunlarda iştirak edəcək idmançılardan 63-ü qadın, 90-ı kişidir.
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed