31.03.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Xarici İşlər Nazirliyi Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın dörd gün əvvəl ölkənin bölgədəki rolu barədə səsləndirdiyi son bəyanatına etiraz bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm martın 30-da jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin Tehrandakı səfirliyinin nümayəndəsi nazirliyə çağırılaraq ona Ərdoğanın İranla bağlı bəyanatına etiraz bildirilib: “Biz Türkiyə prezidenti Ərdoğanın İranla bağlı son bəyanatına etiraz bildirməklə yanaşı Ankaranın məsələ ilə bağlı şəffaf və qaneedici cavab verməsini tələb etmişik.
İran İslam Respublikasının bölgədə yürütdüyü strateji siyasəti, öz qonşuları ilə sülh, sabitlik və qarşılıqlı ehtiram prinsiplərinə söykənir. Hesab edirik ki, İranla Türkiyə bu hədəfə çatmaq üçün potensial imkanlara malikdir”.
Martın 26-da jurnalistlərlə görüşən Ərdoğan Yəməndə baş verən olaylardan danışaraq, İranın Orta Şərqdə, o sıradan da bölgənin ərəb ölkələrindəki rolundan danışıb: “Bu gün İran, bölgədə hegemonluğu ələ keçirməyə çalışır. Buna dözmək olar mı? Bu məsələ, Türkiyəni, Səudiyyə Ərəbistanını və İran körfəzindəki ərəb ölkələrini təngə gətirib. Buna həqiqətən dözmək mümkün deyil və İran bunu bilməlidir. Hesab edirik ki, İran mövqeyini dəyişməli, Yəmən, Suriya və İraqın daxili işlərinə qarışmağı dayandırmalı, bu ölkələrdəki qüvvələrini geri çağırmalı, digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.
Ərdoğanın bu bəyanatı bir sıra İran rəsmilərinin etirazı ilə qarşılanıb. İranlı deputat Əhməd Təvəkküli isə məsələyə münasibət bildirərək Ərdoğanın yaxın vaxtlarda İrana nəzərdə tutulan səfərinin naməlum vaxta qədər təxirə salınmasını tələb edib.
Qeyd edək ki, bölgədəki Ərəb ölkələri, o sıradan da Səudiyyə Ərəbistanı, həmçinin Türkiyə, İranın region ölkələrinin daxili işlərinə qarışmasından və Tehranın Yəmənin qanuni hökumətinə müxalif “Husi” şiələrinə açıq-aşkar dəstək verməsindən narahat olduqlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |