Şrift:
İlk Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix məlum oldu
31.03.2015 [13:41] - Gündəm, İdman, Bildiriş
İlk Avropa Oyunlarının məşəli aprel ayının 26-da yandırılacaq. Bu barədə gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşdə deyib.

Nazir A.Rəhimov qeyd edib ki, məşəl yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə səfəri başlayacaq. Nazir bildirib ki, sonda Oyunların keçirilməsinə bir gün qalmış məşəlin Bakı şəhərində Olimpiya stadionunda yandırılması nəzərdə tutlur.

A.Rəhimov həmçinin aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini söyləyib: "Üzümüzə gələn aprel ayında bütün idman qurğuları təhvil veriləcək. Biz gözləyirik ki, aprelin 10-a qədər su hovuz mərkəzi təhvil veriləcək. Ondan sonra Avropa Parkı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları üzümüzə gələn bir ay ərzində olmalıdır. Bundan sonra biz rahat deyə bilərik ki, Bakı şəhəri böyük və möhtəşəm yarışları qəbul etməyə tam şəkildə hazır olacaq".

Nazir əlavə edib ki, ilk Avropa Oyunlarının dünyada böyük reklam kampaniyası başlayıb, müxtəlif videoçarxlar hazırdır. Onun sözlərinə görə, Avropanın və dünyanın 34-dən çox ölkəsinin televiziya kanalları ilə müqavilə bağlanıb:

"Təkcə Çin Xalıq Respublikasında 500 milyondan artıq insan ilk Avropa Oyunlarını izləyəcək. Bu Oyunlar ölkəmizi dünyaya tanıtdırmaq üçün çox vacibdir. Gözəl açılış və bağlanış mərasimləri hazırlanır. Məncə bu, dünyada keçirilən möhtəşəm idman yarışlarının sırasında bəlkə ən gözəl açılış mərasimi olacaq".
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed