Şrift:
Fərəc Quliyev: -Qütbləşmədən imtina edib vahid mövqeyə gəlmək lazımdır.
01.04.2015 [10:39] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Siyasi partiyaların fevralın 12-də keçirilən görüşündə bundan sonra görüşlərin iki aydan bir keçirilməsi barədə razılıq əldə olunmuşdu. Bu baxımdan hələlik rəsmi açıqlama verilməsə də, aprel ayında Azərbaycanda növbəti iqtidar-müxalifət görüşünün baş tutacağı ehtimal edilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, bundan sonra hansı nəticənin əldə edilməsindən asılı olmayaraq bir masa ətrafında oturmağın özü ciddi bir nəticədir: "Qütbləşmədən imtina edib vahid mövqeyə gəlmək lazımdır. Ən prinsipial məsələlərdə, xüsusən Qarabağ probleminin həlli ilə bağlı müxalifətdə və iqtidarda olan təşkilatların baxışları fərqli deyil. Ümumiyyətlə, Azərbaycanın inkişafı ilə bağlı düşüncələrdə ciddi fərq yoxdur. Əlbəttə ki, ideologiyalar, yanaşmalar fərqli ola bilər. Amma ideya olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkəmizin qüdrətlənməsi yolunda kimsə fərqli mövqe tutmaz. Ən azından bu prinsipləri daşıyanlar bir masa ətrafına gələ bilərlər. Görüşlərin iki aydan bir keçirilməsi barədə razılıq əldə olunub. Ümid edirəm, bu axarlı olacaq və intensivliyi kəsilməyəcək”.

İsmayıl "Şərq" qəzeti.
Bu xəbər oxucular tərəfindən 1375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed