Şrift:
İran Yəmən məsələsində geri çəkildi
01.04.2015 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın XİN müavini: "Ər-Riyadla əməkdaşlıq edəcəyik"


İran və Səudiyyə Ərəbistanı Yəmən böhranının həll edilməsində əməkdaşlıq edə bilər.
Davam.az avropa.info-ya istinadən xəbər verir ki, bu açıqlama ilə İranın XİN müavini Hüseyn Əmir Abdollahiyan çıxış edib.
İran rəsmisi: “İran və Səudiyyə Ərəbistanı qarşılıqlı maraqlar çərçivəsində Yəməndə əməkdaşlıq etməyə qadirdirdir. Biz tərəflərə sakitləşməyi və danışıqlar masasına oturmağı məsləhət görürük”.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanın xarici işlər naziri şahzadə Səud əl-Feysəl İranı islam həmrəyliyi göstərməyə və inqilabın ixracını dayandırmağa çağırmışdı. Kral Salman ibn Əbdül Əziz isə demişdi ki, Səudiyyə Ərəbistanın qapıları Yəmən dialoqu üçün açıqdır.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed